Logo

Azərbaycanlı tədqiqatçı xərçəngin müalicəsi üçün bio-nanomateriallar hazırlayır

28.12.2024 17:37 49 baxış
IMG

Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Naimə Niyazova “Marie Skłodowska-Curie” proqramı çərçivəsində qrant müsabiqəsinin qalibi olub.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib.

Qeyd edilib ki, Bioadaptasiya laboratoriyasının elmi işçisi Naimə Niyazova 2024-2028-ci illər üçün “Marie Skłodowska-Curie” Qrant maliyyəsi çərçivəsində Avropa İttifaqının Horizon Avropa tədqiqat və innovasiya proqramında iştirak edir. 

Naimə Niyazova İzmir Yüksək Texnologiyalar İnstitutunun Biomühəndislik Departmentində “Bio-nanomaterialların toksikiliyinin proqnozlaşdırılması üçün yeni təsvir edicilərin işlənib hazırlanması” mövzusunda tədqiqat aparmağa başlayıb. Tədqiqat xərçəng xəstəliyinin müalicəsində istifadə ediləcək bio-nanomaterialların hazırlanması və öncədən toksikiliyinin proqnozlaşdırılmasını hədəfləyir. 

Naimə Niyazova 2022 və 2023-cü illərdə İtaliya Respublikasının Florensiya şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstituda “Tomat sortlarının (solanum lycopersıcum l.) quraqlıq stresi, rehidratasiya və potensial biostimulyatorların təsirinə cavab reaksiyalarının tədqiqi” mövzusunda dissertasiya işi üzərində tədqiqatlar aparıb və hazırda  “Biokimya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin seminar mərhələsini başa vurub.  Qeyd edək ki, gənc tədqiqatçı 2023-cü ildə 2 fevral Gənclər Günü münasibətilə keçirilmiş müsabiqədə “İlin Elmdə Ən Fəal Gənci” nominasiyası üzrə qalib olub.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/ede0fc7a-afe2-46d2-a63f-e85a8ada82a5_Naim%C3%89%C2%992.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/2f31ea8b-b75b-4e2b-bb6a-97d8199113ce_Naime3.jpeg

 

 

 


 

Xəbər lenti