Tələbə qəbulu planı artırılıb və 2024-2025-ci tədris ili üçün ali təhsil pilləsi üzrə 80154 yer planlaşdırılıb, cari ildə 74000 nəfər qəbul olub.
Bu barədə TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib.
Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi məqsədilə dövlət sifarişli yerlərin sayı artırılıb və 36140 yerə çatdırılıb.