Logo

Qəbul planında dövlət sifarişli yerlərin sayı yenidən artırıldı

28.12.2024 11:45 272 baxış
IMG

Tələbə qəbulu planı artırılıb və 2024-2025-ci tədris ili üçün ali təhsil pilləsi üzrə 80154 yer planlaşdırılıb, cari ildə 74000 nəfər qəbul olub. 

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. 

Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi məqsədilə dövlət sifarişli yerlərin sayı artırılıb və 36140 yerə çatdırılıb.

Xəbər lenti