Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən təlimlər çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası üzvü olan müəllimlər beynəlxalq imtahanlarda yüksək ballar toplayaraq böyük uğur qazanıblar.
TƏHSİL.BİZ xəbər verir ki, 2023-2024-cü illər ərzində 222 AGMA üzvü ITE tərəfindən təşkil olunan təlimlərdə iştirak edib.
Onlardan 163 nəfər beynəlxalq sertifikatlı mütəxəssis adına layiq görülüb.
Müəllimlər ITE-nin “Certiport” və “ICDL” test mərkəzlərində bilik və bacarıqlarını nümayiş etdirərək qlobal səviyyədə tanınan sertifikatlar əldə ediblər.
İmtahanlar 3 əsas istiqamət üzrə keçirilib:
“Microsoft Sertifikatlı Pedaqoq” (MCE);
“ICDL Kompüter və Onlayn Əsaslar”;
“ICDL Komanda İşi”.