Prezident İlham Əliyevin Sərəcanmına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib. Növbəti il konstitusiyamızın 30, suverenliyimizin isə 5-ci il dönümü tamam olur. Təsadüfi deyil ki, konstitusiyanın ən vacib maddələrindən biri də təhsillə bağlıdır.
Növbəti il təhsildə hansı yeniliklər gözlənilir?
Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, gələn il təhsil sahəsində bir çox addımlar atılacaq:
“Cənab Prezidentin Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olundu. Qeyd etməliyik ki, dünyada ciddi proseslər gedir. Azərbaycan 30 il müddətində həm suverenliyini, həm də müstəqilliyini gücləndirib. Konstitutsiyamızda çox ciddi məsələlər əksini tapıb. Burada qeyd olunan əsas məsələlərdən biri də təhsillə bağlıdır. Hər kəsin təhsil hüququ konstitutsiyamızda təsbit olunub.
Son illərdə Azərbaycanda təhsil sürətlə inkişaf edir. Bunun bariz nümunəsi ölkə rəhbərinin bu sahəyə diqqəti və qayğısıdır. Bu gün biz deyə bilərik ki, Azərbaycan təhsili inamla irəliyə doğru gedir, inkişafı üçün dövlət tərəfindən addımlar atılır.
Ötən müddətdə Azərbaycanda təhsilə ayrılan vəsait dəfələrlə və ilbəil artırılır. Bu məqam da təhsilimizin inkişafına töhfə verən vacib amillərdən biridir.
5 milyard vəsaitin Azərbaycan təhsilinə ayırılması nəzərdə tutulub. Bu kifayət qədər böyük məbləğdir. Rəqəmdən də görünür ki, dövlət təhsilimizə böyük qayğı göstərir, Azərbaycan təhsilini ən yaxşı formaya keçirmək istəyir.
Gələn il təhsil sahəsində bir çox addımlar atılacaq. Bura müəllimlərin maaşı, təqaüdlər, təhsilin keyfiyyətinin və məzmununun artırılması və s. istiqamətlərdə dövlətin dəqiq planları var. Konstitusiyadan irəli gələn bütün vəzifələrin yerinə yetirilməsi üçün dövlət lazımi bütün tədbirləri görəcək”.