2024-2025-ci tədris ilində yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində 10 əsas istiqamət üzrə 73 adda dərnək yenilənib.
Bu barədə TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu addım dərnəklərin müasir standartlara uyğunlaşdırılmasına və təhsilalanların yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlib.
Bundan başqa, 2024-cü ildə 595 ədəd kompüter avadanlığı 145 məktəbdənkənar təhsil müəssisəsinə paylanılıb.