Logo

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə

29.12.2024 12:17 170 baxış
IMG

İnformasiya texnologiyalarının inkişafı həyatımızı asanlaşdırsa da, internet resurslarından həddindən artıq istifadə insanlarda, xüsusilə uşaqlarda asılılıq yarada bilər. Bu, cəmiyyətdə ünsiyyətin azalması, münasibətlərin robotlaşması kimi tendensiyalar formalaşdırmaqla yanaşı, uşaqların canlı ünsiyyətdən qaçması, dərsdən yayınması kimi problemlərə də yol açır. Uşaqların səmərəli ünsiyyəti üçün onlar arasında fiziki aktivlik artırılmalı və sağlam həyat tərzi təşviq edilməlidir. Bu baxımdan İsmayıllı rayonunda həyata keçirilən “Biz birlikdə əylənirik” layihəsi mühüm əhəmiyyət kəsb edir.

TƏHSİL.BİZ  xəbər verir ki, Gəndov kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”nin fərdi kateqoriyasının qalibi olan bu layihə çərçivəsində şagirdlərə sağlam həyat tərzi barədə məlumatlar təqdim edilir. Onlara qədim milli oyunlarımız, o cümlədən “Bayraq qorudu”, “Dəsmalı ver”, “Xan gəldi, qaç”, “Öz bayrağına doğru”, “Topa çat” və “Yoldaşını qoru” öyrədilir. Bununla yanaşı, intellektual səviyyənin artırılması üçün maarifləndirici “Söz oyunu” təşkil olunur.

Məktəbin direktoru və layihə rəhbəri Nazim Salmanovun verdiyi məlumata görə, layihə 1 oktyabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək davam edəcək. Layihənin əsas məqsədi şagirdlərdə birgə əməkdaşlığı gücləndirmək, fiziki fəallığın əhəmiyyətini çatdırmaq və onlarda düzgün həyat tərzi vərdişləri formalaşdırmaqdır. Eyni zamanda, məktəblilərə sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə açıq havada ünsiyyət qurmağın üstünlükləri vurğulanır və qədim uşaq oyunları onlara tanıdılır.

Nazim Salmanov qeyd edib ki, yaxın aylarda İsmayıllı Rayon Uşaq Gənclər İnkişaf Mərkəzi və İsmayıllı rayon Uşaq Kitabxanası ilə əməkdaşlıq çərçivəsində məktəblilərin bu mərkəzlərə səfərləri təşkil olunacaq. Həmçinin hazırda məktəblilər arasında “Özünü təqdim et” adlı yazı müsabiqəsi elan edilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/29%20December%202024/56493ccc-0a4a-4ec0-b7b8-680bd2428fb1_WhatsApp%20Image%202024-12-26%20at%2010.00.46.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/29%20December%202024/bd83bf8f-3aa7-42cd-932c-49a27c677ab1_WhatsApp%20Image%202024-12-26%20at%2009.59.27%20(1).jpeg

 

 

 


 

Xəbər lenti