Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib.
Bu barədə Tehsil.biz-ə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.
TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən AMEA prezidentinə təbrik məktubu göndərilib.
"Türkiyə Elmlər Akademiyası (TÜBA) adından Akademiya Şurasının 17 dekabr 2024-cü il tarixli, 372 №-li qərarı ilə TÜBA-nın Fəxri üzvü seçilməyiniz münasibətilə ürəkdən təbriklərimizi çatdırmağa şadam", - məktubda deyilir.