Logo

Azərbaycan IELS 2025-in əsas mərhələsində iştirak edir

29.12.2024 08:54 65 baxış
IMG

IELS 2025 – Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatının əsas mərhələsinin təşkilinə başlanılıb. Tədqiqatın 2025-ci ilin yanvar-mart aylarında keçirilməsi nəzərdə tutulub.

Ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradan IELS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilir.

Tədqiqatın əsas mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə 209 təhsil müəssisəsindən 3000-ə yaxın təhsilalanın iştirakı planlaşdırılıb. Qiymətləndirmə tədqiqatında məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarındakı uşaqlar da iştirak edəcək.

Qeyd edək ki, ölkəmiz IELS tədqiqatının əsas mərhələsində ilk dəfə iştirak edir.


 

Xəbər lenti