Logo

Qafqazşünaslıq İnstitutunda bu il 18 iş üzrə tədqiqat aparılıb

29.12.2024 14:40 97 baxış
IMG

AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən bu il Qafqaz dövlətlərinin daxili vəziyyəti”, “Qafqaz dövlətləri arasında münasibətlər və xarici ölkələrin region siyasəti”, “Qafqaz tarixi” adlı 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə tədqiqat aparılıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru vəzifəsini icra edən, siyasi elmlər doktoru Ramilə Dadaşova məlumat verib.

Ramilə Dadoşova elmi-tədqiqat müəssisəsində 3 mühüm nəticənin əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” kitabı, “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” və “Azərbaycan Respublikası-Gürcüstan münasibətləri” monoqrafiyalar institutun 2024-cü il üzrə ən mühüm uğurlarındandır.

O, bu il institut əməkdaşlarının 170 əsərinin işıq üzü gördüyünü qeyd edib.

 

 

 

Xəbər lenti