Logo

Şərqşünaslıq İnstitutunun illik hesabatı: 516 əsər çap olunub

29.12.2024 13:51 95 baxış
IMG

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən bu il 5 problem çərçivəsində 14 mövzu, 106 elmi-tədqiqat işi (47 iş tamamlanıb) aparılıb. İnstitutda 516 əsər çap olunub. Bunlardan 15-i kitab və monoqrafiya (1-i xaricdə), 501-i məqalə və tezis (74-ü xaricdə), 4-ü impakt faktorlu məqalədir. İnstitut əməkdaşlarının əsərlərinə 218 dəfə istinad edilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva məlumat verib.

G.Baxşəliyeva hesabat ilində 4 mühüm nəticənin əldə edildiyini qeyd edib. Alim “Türk dillərinin müqayisəli tədqiqi”, Fütuhati-şahi və Həbibüs-siyər əsərləri əsasında “Şah İsmayılın həyatı” mövzusunda beynəlxalq elmi konfransın materiallarının, “XIX əsr Qarabağ Divan ədəbiyyatı” adlı elmi-tədqiqat əsərlərinin institutun ən mühüm nəticələri sırasında olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti