Kür çayının Əlvənd kəndindən (Zərdab rayonu) keçən hissəsində batan 2011-ci il təvəllüdlü Saray Kərimlinin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Tehsil.biz FHN-ə istinadla xəbər verir ki, 8-ci sinif şagirdinin meyiti batdığı yerdən 15,16 km aralıda tapılıb.
Hadisə dekabrın 24-də qeydə alınıb.
Saray Kərimli səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb. Əmisi Zamin Kərimovun dediyinə görə, müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar. Azyaşlının çantası Kür çayının kənarında tapılıb.