Logo

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək

04.01.2025 17:41 175 baxış
IMG

Türkiyə-Azərbaycan Universitetinin rektoru Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Kastamonu Universitetinin rektoru Ahmet Hamdi Topal ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə iki universitet arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın qurulması və dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin birgə layihələrin və akademik işlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Görüşün yekununda Türkiyə-Azərbaycan Universiteti ilə Kastamonu Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb. Sənəd bir çox əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi proqramlarının reallaşdırılmasını, mədəni tədbirlərin keçirilməsini nəzərdə tutur.

Universitet rəhbərləri Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün konkret addımlar atmağa hazır olduqlarını bildiriblər.

Kastamonu Universitetinin rektoru Ahmet Hamdi Topal ali təhsil sahəsində “Bir millət, iki dövlət” tezisinə əsaslanan Türkiyə-Azərbaycan əməkdaşlığını ən yüksək prioritet sahələrindən biri adlandırıb.

Türkiyə-Azərbaycan Universitetinin rektoru Vilayət Vəliyev də qardaş ölkələr arasında sıx dostluq əlaqələrindən danışıb.

Xəbər lenti