Logo

Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub

02.01.2025 23:04 121 baxış
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

Tehsil.biz xəbər verir ki, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında "Manqurt" və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb və böyük maraqla qarşılanıb.

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

Xəbər lenti