Bakı Mühəndislik Universitetində (BMU) Mühəndislik fakültəsi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan mahnılarının təbliği məqsədilə tədbir keçirilib.
BMU-dan Tehsil.biz-ə bildirilib ki, tədbirdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına əsasən tələbələrdən ibarət yaradılan “İrəvan” xalq çalğı alətləri ansamblı haqqında məlumat verib. Bildirilib ki, bu gün tarixi torpaqlarımıza qayıdışla bağlı dövlət səviyyəsində geniş işlər görülür və adıçəkilən ansamblın yaradılması da qədim musiqilərimizin arxiv materialları əsasında tapılması, dərindən araşdırılıb öyrənilməsi istiqamətində atılan addımlardan biridir.
Daha sonra “İrəvan” xalq çalğı alətləri ansamblı unudulmuş və bərpa edilmiş bir sıra Qərbi Azərbaycan mahnılarını ifa edib.
Maraqla dinlənilən qədim mahnılarımız, eləcə də BMU-nun “Maşın mühəndisliyi” ixtisasının III kurs tələbəsi İbrahim Bayramovun sazda ifa etdiyi “Kərəm gözəlləməsi” aşıq havası zalda alqışlarla qarşılanıb.
Tədbir sözləri Səməd Vurğuna, musiqisi Səid Rüstəmova aid sevilən məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.