Valideynlərin uşaqların təhsil prosesində aktiv rol oynaması, şagirdlərin akademik nailiyyətləri, sosial-emosional inkişafı və şxsiyyət formalaşması üçün çox vacibdir. Bu prosesin əhəmiyyəti bir çox araşdırmalarda təsdiq edilib və ölkəmizdə təhsilin keyfiyyətini artırmaq baxımından özəl əhəmiyyət daşıyır.
Valideynlərin təhsildə aktiv iştiraqı uşaqların özünə inam hissini artırır. Valideynlərin dəstəyi, uşaqların öyrənməyə mənfi yox, müsbət yöndə baxmasını təşviq edir. Uşaq bilir ki, valideyni onun təhsilinə maraq göstərir və onu dəstəkləyir. Bu hiss uşaqları daha məsuliyyətli, həvəslə öyrənən şəxslərə çevrilməyə ilhamlandırır.
Uşaqların təlim mövzularında daha yaxşı performans göstərməsi valideyn iştiraqı ilə birbaşa əlaqəlidir. Təhsil prosesinə valideynlərin cəlbi şagirdlərin çətinliklərini vaxtında müyən etmək üçün əlavə imkan yarada bilir. Valideyn evdə tapşırıqlara yardım edir, çox vaxt çətinliklərin qənətini müəyyən edir və müəllimlərə bu haqda vaxtında məlumat verir. Bu təşkil olunmuş birgə iş təhsilin keyfiyyətini artırır.
Valideyn-məktəb əlaqəsinin mükəmməl qurulması uşaqların sosial-emosional inkişafı üçün də olduqca vacibdir. Bu əlaqə uşaqları qorumaq, onlara lazımi dəstək vermək və psixoloji rifahını yüksəltmək üçün çərçivə yarada bilir. Məktəblər, valideynlərin şagirdlərin şəxsi əlverişsizliklərini tanımağı və onlarla mübarizədə yardımcı olmasını asanlaşdırır.
Valideyn iştiraqı təhsil sistemindəki çatışmaların azaldılmasına da kömək edir. Valideynlər müəllim və şagird çətinliklərinin həlli istiqamətində vasitəçi rolunu oynaya bilər. Belə olduqda, şagirdlər daha az stress yaşayır və onlarla təlim prosesində daha çox irəliləyiş qeydə alınır.
Nəticə etibarılə, valideynlərin təhsildə iştiraqı şagirdlərin həyatını əhəmiyyətli dəyişdirmə potesialına malikdir. Bu, sadəcə məktəbdə öyrənən biliklər deyil, həyata baxışı və dəyərləri formalaşdıran bir prosesdir. Valideynlərin təhsil sisteminə aktiv şəkildə qatılması daha savadlı, şəxsiyyətli və çoxistiqamətli gənclərin formalaşmasında əsas amillərdən biridir.
Bəhman Hüseyn