Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Əli Vəliyev Naxçıvan təhsil nazirinin müavini təyin olunub.
Yeni nazir müavininin tərcümeyi-halını təqdim edirik.
Əli Vəliyev 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub.
1992-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat və informatika hesablama texnikası fakültəsində müəllim ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1997-ci ildə Qıvraq kənd 1 nömrəli orta məktəbdə riyaziyyat müəllimi olaraq başlayıb. 2005-2016-cı illərdə həmin məktəbin direktoru, 2016-2017-ci illərdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2017-2018-ci illərdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini olub, 2019-2022-ci illərdə Kəngərli rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində işləyib.
Qısa müddət Naxçıvan şəhər kimya-biologiya təmayüllü liseyin direktor müavini, 2023-2025-ci illərdə isə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifələrində çalışıb.
2012-ci ildə “Tərəqqi” medalı alıb.
Ailəlidir, 4 övladı var.