Logo

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edəcək

06.01.2025 12:05 207 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev 24 yanvar tarixində Zərdab şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinləri iştirak edə bilərlər. 

TƏHSİL.BİZ  xəbər verir ki, adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20January%202025/feb72d0e-9f32-4ab0-a833-a7af602a90ad_01-06.01.25.jpg


 

Xəbər lenti