Gəncə şəhərinin Əhməd Cəmil küçəsindəki mənzildə kirayə yaşayan iki tələbə - 20 yaşlı Samirə Məcidova və 19 yaşlı Nigar Nərimanova dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb.
Gənclər Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.
Gəncə Dövlət Universiteti ndən TƏHSİL.BİZ -ə verilən məlumata görə, həkimlər ilkin müayinədən sonra onların vəziyyətini qənaətbəxş qiymətləndirərək evə buraxıblar.