Logo

Məktəblilər Biofizika İnstitutunda praktiki təlimlərdə iştirak ediblər

07.01.2025 17:55 57 baxış
IMG

Nizami rayonunda yerləşən 242 nömrəli orta məktəbin şagirdləri Biofizika İnstitutunda təşkil edilən praktiki təlimlərdə iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib. Bildirilib ki, təlim İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva tərəfindən keçirilib. Təlimdə bioinformatika sahəsində müasir alətlər və üsullar izah edilərək tətbiq olunub.

Təlimin əsas məqsədi bioinformatika sahəsində müasir yanaşmaları məktəb şagirdlərinə çatdırmaq, onları elmi tədqiqatlara təşviq etmək olub. Şagirdlərlə gələcəkdə bu kimi planlı təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti