Logo

Tarix Muzeyinin əməkdaşının monoqrafiyası nəşr olunub

06.01.2025 15:42 87 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru Nərgiz Əliyevadır.

Bu barədə TƏHSİL.BİZ -ə muzeydən məlumat verilib. Monoqrafiyada Azərbaycan Demokrat Firqəsinin 1947-1949-cu illərdə Bakıda nəşr olunmuş “Azərbaycan” qəzetinin materialları və dövrün digər qaynaqları əsasında Cənubi Azərbaycanda “21 Azər” hərəkatı, şah rejimi əleyhinə demokratiya uğrunda xalq mübarizəsi, dövrün ziyalıları, dövlət xadimləri, ictimai-siyasi, iqtisadi problemlər, milli maarifçilik, təhsil, din, mədəniyyət, xalqlar dostluğu məsələləri və s. haqqında məlumat verilib.

Muzeyin Elmi şurasının qərarı ilə çap olunan monoqrafiya mövzu ilə maraqlanan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti