"Könüllü addımlar" adlı layihə icra olunmağa başlayıb.
TƏHSİL.BİZ xəbər verir ki, açılış tədbirində Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov layihənin icraçılarına uğurlar arzulayıb, layihədə tərbiyəçi müəllim kimi fəaliyyət göstərəcək Rəmziyyə Əliyevaya tövsiyələrini verib.
Xatırladaq ki, "Könüllü addımlar" layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant proqramı çərçivəsində Könül Hüseynova tərəfindən icra edilir. Qrant proqramının həyata keçirilməsində əsas məqsədi məktəbəqədər təhsildən kənarda qalmış uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdən ibarətdir.