Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.