Logo

Müəllimlik ixtisaslarına maraq artır

10.01.2025 11:48 101 baxış
IMG

Azərbaycanda müəllim olmaq arzusu gənclər arasında hələ də yüksək motivasiya mənbəyidir. Pedaqoji Universitetə yeni qəbul olunan tələbələr arasında aparılan sorğunun nəticələri bu istiqamətdə müsbət tendensiyanı bir daha təsdiqləyir. Sorğunun nəticələrinə əsasən, tələbələrin 72 faizi ixtisas seçimində ilk üç yerdə Azərbaycan Dövlət Pedaqoji Universitetini qeyd edib. Bu, universitetin ölkədə pedaqoji təhsilin əsas mərkəzi kimi güclü reputasiyasından xəbər verir.

Sorğu iştirakçılarının 70.4 faizi seçimlərinin əsas səbəbini müəllim olmaq arzusu ilə əlaqələndirib. Bu göstərici cəmiyyətdə müəllim peşəsinin yüksək nüfuzunu və gənclər arasında bu peşəyə olan marağı əks etdirir. Digər tərəfdən, 16.5 faiz tələbə rahat və əlverişli təhsil mühitini universitet seçimində əsas amil kimi göstərib ki, bu da ADPU-nun tələbəyönümlü təhsil şəraitinə diqqət ayırdığını göstərir.

Sorğu nəticələri həmçinin məzunların gələcək planlarına dair maraqlı statistika ortaya qoyur. Tələbələrin 83 faizindən çoxu məzun olduqdan sonra müəllim kimi fəaliyyət göstərməyi düşünür. Bu rəqəm Azərbaycan təhsil sisteminin davamlı inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir,

 

Bəhman Hüseynli

Xəbər lenti