Logo

Tələbə gənclər arasında sağlam həyatın təbliği proqramı uğurla yekunlaşıb.

08.01.2025 08:53 46 baxış
IMG

 

Ölkəmizdə fəaliyyət göstərən bir sıra universitetlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə yaradılan “Tələbə gənclər arasında sağlam həyatın təbliği” proqramına start verilib.

 

Layihənin əsas məqsədi “Sağlam Tələbə, Sağlam Gənclik” devizi altında tələbə gənclər arasında sağlam həyat vərdişlərinin aşılanması, bu istiqamətdə velosipedlərdən gündəlik həyatda istifadənin təbliği və təşviqi, eləcə də kiçik və böyük miqyaslı infosessiyaların və layihələrin təşkil edilməsi olub.

 

Hazırda Bakı, Lənkəran, Mingəçevir, Gəncə və digər regionları əhatə edən “Tələbə gənclər arasında sağlam həyatın təbliği” proqramı çərçivəsində yaradılmış velosiped klubları 10 ali təhsil müəssisəsində aktiv fəaliyyət göstərir. Proqram çərçivəsində “VeloLife” klublarının  infosessiyaları, tələbələr arasında “Green Velo 2024” müsabiqəsi, Respublika velotrekində “VELO TREK” yarışı, Lənkəran Dövlət Universitetində velosipeddən rahat istifadənin təbliği üçün velosiped dayanacağı və  Lənkəran şəhərində “Velo Forum” adlı layihə icra olunub. Proqram çərçivəsində 5 region və 2770 tələbə gənc əhatə edilib.

 

Bu təşəbbüs, tələbə gənclər arasında sağlam həyat tərzini və ekoloji məsuliyyəti təşviq etməklə yanaşı, ölkədə daha sağlam və şüurlu cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.

 

 

Xəbər lenti