Logo

Tələbələr təhsil üçün hansı ölkələri seçirlər?

10.01.2025 17:00 42 baxış
IMG

ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya beynəlxalq təhsil dünyasında hakim mövqe tutmağa və xarici tələbələrin yarısından çoxu üçün ev sahibliyi etməyə davam edərkən bəzi tələbələrin diqqəti alternativ təhsil yerlərinə yönəlir.

TƏHSİL.BİZ xəbər verir ki, bu dörd böyük ölkədə baş verən siyasi dəyişikliklər, elm və təhsil sahəsində atılan yeni addımlar tələbələrə digər inkişaf etməkdə olan təhsil nöqtələrini dəyərləndirmə fürsəti verib.

2024-cü ildə bu dörd böyük ölkənin xaricində hansı təhsil nöqtələrinin seçildiyinə nəzər yetirək:

Almaniya
Almaniyanın beynəlxalq tələbələr arasında populyarlığı buranı ən yaxşı təhsil məkanlardan biri halına çevirib. 2024/2025 qış sessiyasında 400 000-dən çox xarici tələbənin burada təhsil alması gözlənilir.
Bununla bərabər, Almaniyanın beynəlxalq tələbələr üçün bəzi çətinlikləri də var. Son araşdırmalar göstərir ki, xarici tələbələr viza alma müddətində, yaşayış yeri tapmaqda və yaşam xərclərində çətinlik çəkirlər.

Fransa
Fransa Avropada xarici tələbələri cəlb etmək üçün müxtəlif təkliflər verən bir ölkədir. 2024-cü ildə Fransanın ali təhsil müəssisələrində 430 mindən çox xarici tələbə təhsil alıb ki, bu da əvvəlki illərlə müqayisədə 4.5 dəfə artım deməkdir. Lakin bəzi xarici eskpertlər Fransada dəyişən siyasi mühitin gələcəkdə beynəlxalq tələbələrə təsir edib-etməyəcəyini müzakirə edirlər.

Cənubi Koreya
Cənubi Koreyanın ildən-ilə artan qlobal təsiri və texniki tərəqqisi oranı Asiyanın ən önəmli təhsil ünvanlarından birinə çevrilib.
Son məlumatlara görə, hazırda Cənubi Koreyada 205 mindən çox xarici tələbə təhsil alır və 2027-ci ilə qədər bu sayın 300 minə çatdırılması hədəflənir. 
Xüsusilə, son illərdə Koreya mədəniyyətinin populyarlığı və ingilis dilində təhsil proqramlarının yayılması tələbə sayında ciddi artıma səbəb olub. Koreyada çalışmaq istəyən xarici tələbələrin sayında da ciddi artım müşahidə edilir. Son tədqiqatlara görə, hər 10 xarici tələbədən dördü orada qalıb iş tapmağı planlaşdırır.

Yaponiya
Cənubi Koreya kimi Yaponiya da qarşıdakı bir neçə il ərzində beynəlxalq tələbələrin cəlbi üçün hədəf qoyub. 2033-cü ilə qədər xarici tələbə sayının 400 minə çatması hədəf qoyulub. Bu məqsədlə Yaponiyanın tanınmış universitetlərinin bir çoxu yeni strategiyalar inkişaf etdirir. Məsələn, Tokio Universiteti beşillik ali təhsil proqramlarının 50 faizinin xarici tələbələrdən təşkil olunacağını və dərslərin həm yapon, həm də ingilis dillərində olacağını bildirib.
Ekspertlərə görə, Yaponiyada əhalinin demoqrafik yaşlanma göstəricisinin artması ölkənin tələbə sayını artırmağı hədəfləməsi və buna görə də viza prosesini nisbətən asanlaşdırmasına gətirib çıxarır.

Çin
Çin dünyanın ən çox tələbəyə malik ölkəsi olaraq ciddi sayda xarici tələbəyə də ev sahibliyi edir. 
Araşdırmaçıların fikrincə, daha ucuz başa gələn təhsil xərcləri, müxtəlif təqaüd imkanları və Çin universitetlərinin reytinq sıralamalarında layiqli yer tutması tələbələr tərəfindən seçilməsinə səbəb olur. 
Çinin təhsilin keyfiyyətini artırmağa yönəlik addımları da bu prosesin sürətlənməsinə səbəb olur.

Yeni Zelandiya
Avstraliyanın köç siyasətində yeni dəyişikliklər aparılarkən qonşu Yeni Zelandiyada xarici tələbələrin sayında ciddi artım müşahidə edilir. 2023-cü illə müqayisədə 24 faiz artım baş verib. 
Xarici tələbələrin onda doqquzu Yeni Zelandiyanı müsbət təhsil məkanı kimi qiymətləndirir və rekord sayda tələbə bu ölkəni "mükəmməl" qiymətləndirir.

İrlandiya 
İrlandiya da xarici akademiklər və məzunları cəlb etmək üçün beynəlxalq strategiyalar hazırlayan ölkələrdən biridir. 2030-cu ilə qədər tələbə sayının 10 faiz artırılması planlaşdırılır.

Türkiyə
Türkiyə də son illər artan xarici tələbə nüfuzu ilə diqqəti çəkən ölkələrdən biridir. Beynəlxalq tələbələrin iqtisadiyyata müsbət təsirləri ölkənin bu istiqamətdə müxtəlif addımlar atmasına səbəb olub.


 

Xəbər lenti