Logo

Paytaxt məktəblərində pedaqoji şura iclasları keçirilir

09.01.2025 14:57 60 baxış
IMG

2024-2025-ci tədris ili üzrə I yarımilin yekunları və II yarımilə hazırlıqla əlaqədar paytaxtın ümumi təhsil müəssisələrində pedaqoji şuraların iclasları keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, iclasların keçirilməsində əsas məqsəd I yarımilə dair fəaliyyəti nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji şuraların toplantılarında məktəb direktorları, müavinlər və psixoloqların məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclaslarda 2024-2025-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması və qarşıda duran digər vəzifələr barədə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir, müəllimləri maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, şura iclasları pedaqoji kollektivin hər bir üzvünü təhsil müəssisələrinin idarə olunmasına cəlb etməklə, qarşıda duran aktual məsələlər barədə kollegial qərarların qəbul olunmasına imkan verir.

 

Xəbər lenti