Bakı Mühəndislik Universitetindəki (BMU) tələbə həyatımdan məmnunam.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri BMU-da “Biznesin idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Suriya vətəndaşı Omran Murad bildirib. BMU-nu seçməyinin səbəblərindən danışan əcnəbi tələbə universitetin geniş ərazisini, kampusunu çox bəyəndiyini deyir. Üstəlik vurğulayır ki, burada seçdiyi ixtisas üzrə dərslərin tədrisindən razıdır, çünki öz sahələrini yaxşı bilən professor-müəllim heyətindən biliklər öyrənir, həm də universitet ona yaxşı təcrübə qazandırır.
Omran Murad BMU-nun kitabxanası haqda da fikirlərini bölüşüb: “Biz dostlarımızla birlikdə burada dərslərimizə və imtahanlara hazırlaşmaq üçün müxtəlif mənbələrdən lazım olan materialları tapırıq, mövzuları bir yerdə müzakirə edə bilirik”.
O, tələbə olmağa hazırlaşan gənclərə bu sözlərlə müraciət edib: “Əgər tələbəlik illərini maraqlı keçirmək, yaxşı təhsil almaq və sonra uğurlu karyera yoluna çıxmaq istəyirsənsə, BMU-ya gəl! Çünki burada xəyalların gerçək olacaq!”