Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.
TƏHSİL.BİZ xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart - 06 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Müsabiqə üzrə ümumi məlumat:
Vəzifə | Müsabiqə üzrə məlumat | Qeydiyyat |
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı | Müsabiqə elanı |
|
Ümumi təhsil müəssisələrində laborant | Müsabiqə elanı |
|
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri | Müsabiqə elanı |
|
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri | Müsabiqə elanı |
|