Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Dunhuang şəhərində Lanzhou Universitetinin təşkilatçılığı ilə keçirilən “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu”nda iştirak edib.
TƏHSİL.BİZ xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələrinin təmsil olunduğu Forumda dünyanın 24 ölkəsindən 95 universitetin nümayəndəsi ali təhsil sahəsində əməkdaşlıq, akademik mobillik və beynəlxalq layihələrin inkişafı mövzularını müzakirə edib.
Forum çərçivəsində Lanzhou Universitetinin rəhbərliyi ilə görüş keçirilib daha sonra Azərbaycan nümayəndə heyəti Zhangye şəhərində yerləşən Heksi Universiteti ilə əməkdaşlıq və beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması imkanlarını müzakirə edib.