Logo

Müasir geotexnologiyalar və faydalı qazıntıların işlənməsi - təlim

06.10.2025 12:17 36 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə “Müasir geotexnologiyalar və faydalı qazıntıların işlənməsi” mövzusunda təlim keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, təlimdə Faydalı qazıntılar kafedrasının baş müəllimi fəlsəfə elmləri doktoru Rasim İsmayılov müasir geotexnologiyaların tətbiq istiqamətləri, faydalı qazıntı yataqlarının işlənməsi mərhələləri, ekoloji təhlükəsizlik amilləri, həmçinin innovativ yanaşmalar barədə təqdimat edib. Təlim zamanı müasir istehsalatda elmi biliklərin tətbiqi nümunələrinə də toxunulub.

Tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək, onların elmi potensialını artırmaq və gələcək peşə fəaliyyətində tətbiq edə biləcəkləri yeni yanaşmaları nümayiş etdirmək məqsədilə keçirilən təlim sual-cavab sessiyası ilə davam edib.

Daha sonra iştirakçılar BDU-nun “Faydalı qazıntılar” muzeyini ziyarət ediblər. Muzeydə müxtəlif faydalı qazıntı nümunələri, nadir mineral kolleksiyaları və geoloji eksponatlarla tanışlıq olub.

Xəbər lenti