Logo

Akademik Rafael Hüseynov "Böyük Qayıdışa aparan yollar" fotosərgisinin açılış mərasimində çıxış edib

31.10.2025 13:56 72 baxış
IMG

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən "Böyük Qayıdışa aparan yollar" adlı fotosərgi açılıb. Təqdim edilən yeni layihə Böyük Qayıdışa doğru aparan uzun və çətin yolun fotolarda donub qalmış tarixi anlarından ibarət olub.

Ədəbiyyat Muzeyindən TƏHSİL.BİZ-a bildirilib ki, açılış mərasimində Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək 10 il boyunca Ulu Öndərin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovun çəkdiyi, müxtəlif illərdə unudulmaz Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə olan görüşlərini əks etdirən sərginin önəmini qeyd edib. O, bu sıranı Prezident İlham Əliyevin məcburi köçkünlərlə həm onların bir vaxt müvəqqəti pənah gətirdikləri qaçqın şəhərciklərində, daha sonra isə artıq azad olmuş ata-baba yurdlarında, qayıdışdan sonrakı rahat mənzillərində və məhəllələrində görüşlərini əks etdirən fotoların tamamladığını söyləyib.

Akademik Rafael Hüseynov davam etməkdə olan qayıdış yolunun müasir tariximizin çətin, mübarizəli və şərəfli tarixinin aynası olduğunu vurğulayıb.

O, çıxışında görülmüş böyük quruculuq işlərinə, qarşıdakı daha böyük qayıdışlar arzusuna toxunub. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.

Xəbər lenti