Logo

AzMİU tələbəsi beynəlxalq və respublika səviyyəli “Brazilian Jiu-Jitsu” yarışlarında uğur qazanıb

31.10.2025 14:01 67 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Rəşid-Tağı Mirzəyev həm ölkədə, həm də beynəlxalq səviyyədə “Brazilian Jiu-Jitsu” idman növü üzrə əldə etdiyi nailiyyətlərlə fərqlənib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, Rəşid-Tağı Mirzəyev 2025-ci ildə keçirilən “AJP TOUR TURKEY NATIONAL JIU-JITSU CHAMPIONSHIP – GI & NO-GI” turnirində “Men’s No-Gi/Blue/Amateur/62 kg” kateqoriyasında uğurla çıxış edib. O, həmçinin “Grappling” üzrə Respublika birinciliyi və çempionatında da dəfələrlə fəxri yerlərə layiq görülüb. Rəşid-Tağı Mirzəyev 2 dəfə respublika üzrə 1-ci yerə, 2 dəfə respublika üzrə 2-ci yerə, 2 dəfə Bakı üzrə 3-cü yerə, 2 dəfə Bakı üzrə 2-ci yerə, 2 dəfə Bakı birinciliyi üzrə 2-ci yerə, Assosiasiya kuboku üzrə 2-ci yerə layiq görülüb. O, qazandığı uğurlarla Azərbaycan idmanının inkişafına və AzMİU-nun adının beynəlxalq arenada tanıdılmasına töhfə verib.

“Brazilian Jiu-Jitsu” ilə 2017-ci ildən məşğul olan Rəşid-Tağı Mirzəyev hazırda “Submachine Jiu-Jitsu” komandasının üzvüdür. Bundan əvvəl o, cüdo idman növü ilə də məşğul olub.

AzMİU-da tələbələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki hazırlığının gücləndirilməsi üçün hər cür şərait yaradılıb. Universitetdə müasir İdman Kompleksi və müxtəlif idman klubları fəaliyyət göstərir, tələbələr arasında mütəmadi olaraq yarışlar və idman layihələri təşkil olunur.

Xəbər lenti