Logo

Coğrafiyaçılar Qarabağ toponimlərini tədqiq ediblər

31.10.2025 14:02 65 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın rəhbərliyi ilə şöbə əməkdaşları Qarabağ və Şərqi Zəngəzur ərazisində ekspedisiyada olublar.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, məqsəd “Şərqi Zəngəzur iqtisadi rayonunun tədqiqat tarixi və toponimiyası” adlı elmi-tədqiqat işi çərçivəsində ərazilərimizin işğalı zamanı və işğaldan sonrakı dövrdə baş verən dəyişikliklərin - əhali məskunlaşmasının, sıradan çıxan və yeni yaranan coğrafi obyekt adlarının, aparılan bərpa və quruculuq işlərinin, təbiət aləminin qorunması faktlarının və s. aşkar edilməsi olub.

Əməkdaşlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastrukturu ilə tanış olub, görüşlər keçirib, tədqiqat işinə aid müxtəlif materiallar toplayıblar.

Şöbə müdirinin sözlərinə görə, işğal zamanı kənd, qəsəbə, şəhər və maddi mədəniyyət abidələrinin xarabazarlığa çevrilməsi yüzlərlə yaşayış məntəqəsinin və saysız-hesabsız coğrafi obyekt adlarının sıradan çıxmasına, məhv olmasına səbəb olub. Xalqımıza qarşı törədilən vəhşiliklərin baş verdiyi yerlərin müəyyənləşdirilməsi və orada törədilən faciənin məzmununa uyğun olaraq hər bir yerin əbədiləşdirilərək tarixə salınması, gələcək nəsillərə çatdırılması ən aktual, vacib məsələlərdəndir.

Xəbər lenti