Logo

Xalqın sevib seçdiyi Prezident - Müzəffər sərkərdə İlham Əliyev!

29.04.2022 22:07 1152 baxış
IMG

Azərbaycan tarixin bütün dövrlərində zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik olub.

Müasir dövrdə bir çox etnosların dövləti yoxdur. Ancaq Azərbaycan xalqının dövlətçilik ənənəsi dövlət yaratmağa çalışan etnosların formalaşıb ortaya çıxmadığı zamanda mövcud olub və o dövrdən bu dövrə böyük inkişaf yolu keçib. Zaman-zaman xalqımızın daxilindən böyük şəxsiyyətlər çıxaraq Azərbaycanın taleyini həll ediblər. Bu şəxsiyyətlərin zirvəsində Ulu Öndər Heydər Əliyev durur.  O,  XX əsrin böyük bir hissəsində Azərbaycana öndərlik edib. 

1969-1982-cü illərdə Azərbaycan SSR KP MK-nin birinci katibi  Heydər Əliyev Azərbaycan SSR-ni kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevrdi. Azərbaycan bütün sahələrdə digər respublikalardan önə keçdi. Sonralar SSRİ-nin rəhbərlərlərindən biri olan Heydər Əliyev XX əsrin sonlarında müstəqillik bəxş etdiyi Azərbaycan xalqının və ziyalılarının təkidi ilə yenidən hakimiyyətə geri döndü. Əgər Ulu Öndər geri dönməsyədi iradəsiz, qətiyyətsiz, ölkəni xaos və anarxiyaya sürükləyən siyasi  hakimiyyət Azərbaycan adlı ölkəni tamamilə məhv edərək tarixin səhnəsindən siləcəkdi. Ancaq Ümummilli lider buna imkan vermədi. Heydər Əliyevin qayıdışı ilə ölkədə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu,  Azərbaycan davamlı və dayanıqlı şəkildə inkişaf etməyə başladı. Xalqın tam etimadını qazanan böyük öndər 2003-cü ilə kimi Azərbaycan respublikasının prezidenti oldu.

2003-cü ildə səhhətində yaranan problemlər ilə əlaqədar Prezident Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri çəkdi. Ulu Öndər Heydər Əliyev xalqa müraciət edərək İlham Əliyevin onun layiqli davamçısı olacağına inandığını bildirdi.

Həmin tarixi gündən sonra xalqımız üçün çox ağır hadisə baş verdi. Xalqın xilaskarı Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat etdi. Artıq İlham Əliyevin qarşısında böyük və məsuliyyətli vəzifələr dayanırdı. Bu vəzifənin ən əhəmiyyətlisi isə Ulu Öndər Heydər Əliyevin etimadını doğrultmaq idi. 2003-2020-ci illər ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə müasirləşmə aparıldı, hərtərəfli inkişaf konsepsiyası hazırlanaraq tətbiq edilməyə başlandı. Ən mühüm məsələ isə işğal altında olan torpaqlarımızı azad etmək və Ulu Öndər Heydər Əliyevin  vəsiyyətini həyata keçirmək idi. Bunun üçün illər boyu hərbi sahədə əsaslı islahatlar həyata keçirildi, Azərbaycan ordusu müasir silah-sursatla təmin edildi.  Bütün görülən işlərin nəticəsində 2020-ci ilin 27 sentyabr və 8 noyabr tarixləri arasında 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu illər ərzində formalaşmış erməni mifini məhv etdi, "məğlubedilməz erməni ordusu" darmadağın edildi. Böyük Qayıdış əməliyyatı və 44 günlük Vətən müharibəsi Zəfərlə sona çatdı. Məhz buna görə də bu yürüş Azərbaycan tarixinə Zəfər Yürüşü kimi daxil oldu.

Qarabağda əldə edilən böyük qələbə ilə prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi və qalib prezident, Müzəffər sərkərdə kimi öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdi. Müharibənin sonunda Ermənistan kapitulyasiya aktının imzalamağa məcbur edildi. Əldə edilən qələbədən sonra regionda yeni reallıqlar yaranmağa başladı. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılmağa start verildi. Bu gün bu işlər yüksək səviyyədə və sürətlə həyata keçirilir. Bundan başqa bu ərazilərdə beynəlxalq hava limanları inşa edilib və onların inşası davam etdirilir. Həmçinin Şuşaya Azərbaycanın mədəniyyət paytaxtı adı verilib.

Yaxın zamanlarda Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi istisna edilmir. Çünki Şuşa qədim tarixə, yüksək mədəniyyətə və milli-mənəvi dəyərlərə malikdir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi buna bariz nümunədir.  Bu qurultayın Zəfər Qurultayı adlandırılması isə bütün dünyaya mesaj oldu. Dünya Azərbaycanlıları Azərbaycanın gözündə - Şuşada toplanaraq Qurultay keçirdilər. Bu Qurultay işğaldan azad edilmiş ərazilərdə Dünya Azərbaycanlılarının ilk Qurultay idi. Bunu həyata keçirməklə Azərbaycan hakimiyyəti bu torpaqların xalqımıza əbədi məxsusluğunu bir daha bəyan etdi. Azərbaycanı cənubi Qafqazın və regionun lider dövlətinə çevrən, 30 illik işğala son qoyan, Respublikamızın beynəlxalq nüfuzunu yüksəldən, Ölkəmizi parlaq gələcəyə doğru aparan Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, cənab prezident İlham Əliyev Azərbaycan Respublikasının ömürlük prezidenti adına layiq görülməlidir. Mən Azərbaycan gəncliyinin nümayəndəsi kimi bu təkliflə çıxış edirəm. Azərbaycan gəncliyi bu təklifi dəstəkləyir. 

Anar Salehoğlu,

ADPU-nun tələbəsi

Xəbər lenti