XX- əsrin sonu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi - etik dəyərlərə lazımi diqqət yetirilməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa , dünya dinləri arasında mövcud fərqlərə əsaslanan " sivilizasiyasıların toqquşması" nəzəriyyəsi meydana çıxmışdır və öz tərəfdarlarını tapmışdır.
Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox millətlərin və dini konfenssiyaların dinc yaşamaşının unikal nümunəsidir.
Bu ənənələrin kökləri tarixin dərinliklərinə gedib çıxır. Babil hökmdarı Yerusəlimi zənbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında sığıncaq tapmışdır.
Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi. Müsəlman tolerantlığının əsasını Qurani- Kərimin surə və ayinləri təşkil edir. *"Dində məcburiyyət yoxdur*.
Tarixçilərin dediklərinə görə VII- VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştlüyün tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişdi. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı olub və yaranmış şərait onların dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.
Rum patriarxı I Vorfolomey 2003- cü ildə aprelin 16- dan 18- dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma pravoslav kilsəsi başçısının əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatlığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq , sıx münasibətlər yaratmaq idi.
Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan 26 noyabr 2003- cü il tariximdə Moskva şəhərində keçirilən Cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin dünya görüşünü müsbət qiymətləndirmək olar.
Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin 11- ci sinif şagirdi, gənc yazar Aynur Ağasoy