Logo

Ermənilərin azərbaycanlılara qarşı soyqrımı siyasəti haqqında yazılmış kitablar

30.10.2022 20:54 490 baxış
IMG

Giriş

Azərbaycan xalqı tarix boyu erməni millətçilərindən ağır zərbələr almış, lakin humanistlik göstərərək bu qeyriinsani hərəkətlərə bir çox hallarda lazımi cavab verməmişdir. Bu məsələyə başqa amillər də təsir göstərmişdir. İlk növbədə erməni məkrini, hiylə və xəyanətini lazımi səviyyədə qiymətləndirməmiş, unutqanlığımız da buna imkan verməmişdir. Dünyanın bir sıra dövlətləri erməni amilindən faydalanmış, onları öz maraqlarına uyğun istiqamətləndirmiş, erməni millətçilərini qızışdırmış və onlara dəstək vermişdir. İri dövlətlərin himayəsi altında fəaliyyət göstərən ermənilər “böyük Ermənistan” yaratmaq üçün hər cür əməlləri yerinə yetirmişlər.

Çox qısa bir müddətdə mövcud olan erməni dövləti romalılar tərəfindən işğal edilmiş və bu dövlətin mövcudluğuna son qoyulmuşdur. Qədim dövrdə və erkən orta əsrlərdə müxtəlif dövlətlərin tərkibində erməni knyazlıqları olsa da, onlar müstəqil olmamış və öz dövlət qurumlarını yarada bilməmişlər. Erməni dövləti Qafqaz ərazisindən kənarda asılı və yarım asılı vəziyyətdə olmuş və XX əsrin əvvəllərinədək ermənilərin dövlətləri olmamışdır.

XV əsrin ortalarından başlayaraq Cənubi Qafqaza gələn ermənilər tədricən burada məskunlaşmış və dövlətlərini yaratmaq üçün hər cür vasitəyə əl atmışlar. XIX əsrin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazı işğal etmək siyasətində erməni kartından istifadə edilmiş və onlar rus işğallarının maraqlarının ifadəçisinə çevrilmişdir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımını və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdır. Bu məqsədlə xalqımıza qarşı terror, soyqırımı siyasəti həyata keçirilmiş, dəhşətli cinayətlərə əl atılmışdır.

Mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Azərbaycanın bir çox görkəmli yazar və pedaqoqları Ermənilərin Azərbaycanlılara qarşı soyqrım siyasəti haqqında kitablar yazmış, bu kitablarla Azərbaycan xalqına edilmiş işgəncələri və Ermənilərin Azərbaycanlılara qarşı edilmiş torpaq iddialarını düya ölkələrinə çatdırmışlar.

Həmən kitabların adlarını oxuyuculara təqdim edirik.

  • Nazim Mustafa - İrəvan şəhəri. BAKI - 2020
  • Əli Həsənov Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri. Bakı - 2017
  • N. Mustafa, A. Qurbanov, E. Əlili - Erməni saxtakarlığı yalan üzərində qurulan tarix. Bakı-2018
  • Əsəd Qurbanlı - Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1947-1953-cü illər). BAKI-2018

Ermənilərin Azərbaycaanlılara qarşı soyqırım siyasəti haqqında yazılmış kitablar.

1. Nazim Mustafa- İrəvan şəhəri

Müxtəlif dövrlərdə irəvan şaharinin yerlaşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilar, Şəddadilər, Səlcuqilər, Eldənizlər, ilxanilər, Teymurilər, Qaraqoyunlu, Agqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Canubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra irəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. İrəvan şəhəri 40°11' şimal en dairəsi və 44°31' şarq uzunluğunda Ağrı vadisinin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900­-1300 metr yüksəklikdə salınan irəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur.

     Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, irəvan, irivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (irpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyatı olmadıgı kimi, qədim Erebuni qalasının da indiki irəvan şəhəri ilə nə məkan, nə də tarix baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan, yalnız orta əsrlərdən etibarən şəhər kimi formalaşan irəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. İrəvan şəhərinin ərazisi on dəfələrlə genişlənməsinə baxmayaraq Erebuni qalasının yerləşdiyi Qanlı Təpə ilə şəhər arasında bu gün də xeyli məsafə vardır.

     İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayiş məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi Azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqarar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər.

     Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadıgı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və irəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.

     Zəngi (indi Hrazdan adlandırıblar) və Gedər qaylarının arasında formalaşan irəvan şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub va cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün irəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldənələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan irəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş malumatlar verilmişdir.

     Quru subtropik iqlim zonasında yerləşən irəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur irəvan bağları və bostanları irəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər qaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün Toxmaq xanın vaxtında yaradılan və onun adını daşıyan “Toxmaq gölü”ndən çəkilən kanallar, Zəngi çayından gakilan Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları kifayət edirdi. Şəhərin cənubundakı bağlar isə Gedər (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək irəvan şəhəri 4 mənbədən - Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarindan keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX əsrin əvvəlində iravandan təqribən 19 km uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə yeni su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı Azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu.

     Xanlıqlar dövründə irəvan şəhəri dörd kvartaldan - Qala, şəhər (şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər (şəhri) massivi irəvanın ən qədim hissəsi olmuşdur. Şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini şəhər massivindən irəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız Azərbaycanlılar yaşayırdılar. İrəvan qalasında isə fransız sayyahı J.Şardenin qeyd etdiyi kimi, yalnız təmizqanlı səfəvilər (yəni Azərbaycanlılar) yaşayırdılar.

     Müasir irəvan şəhərində ermənilərə məxsus yaşı 250 ildən artıq bircə dənədə olsun maddi-mədəniyyət nümunəsi mövcud deyil. Çünki irəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın irəvan xanlığını işğalından sonra tədricən iran və Türkiyədən köçürülüb gətirilərək məskunlaşdırılmışlar.

     İrəvandakı tarixi-memarlıq abidələri şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və səlnaməçilər öz əsərlərində irəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.

     Orta əsrlərdən etibarən irəvan şəhəri kərvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu kavansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadrat şəkilli meydançaları, su hovuzları olan karvansaralar irəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində irəvanda 7 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Avşar, Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üstüstə 851 köşk mövcud olmuşdur.

     Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydani və yaxud Pənah xan bulvarı adlanırdı.

     İrəvanda şərq memarlıq üslubunda 8 hamam - şəhər, Zal xan, şeyxulislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu irəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda irəvanın mərkəzindəki “Respublika” meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, musiqili məclislərin keçirilməsi üçün xususi otaqlar ayrılmışdı.

     XIX əsrin sonu, XX əsrin əvvəllərində irəvan şəhərində adları Azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim irəvanda bu küçələr məşhur idi: şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçivan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, imamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar va s. 

Bağlar diyarı irəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-ci şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı irəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi.

     Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.

     Tarixi ədəbiyyatda irəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfaə bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı inam məscidlərinin minarələri uzaqdan irəvanın müsəlman şəhəri olmasını nişan verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə irəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi. Hazırda həmin məsciddə yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ucaldılmışdır. Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.

     1918-ci ildə Cənubi Qafqazda ilk dəfə erməni dövləti - Ermənistan Respublikası yarananda Azərbaycan Xalq Cümhuriyyətinin Milli şurası xarici təzyiqlərin nəticəsində mayın 29-da irəvan şəhərinin paytaxt kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul etmişdir.

     XX əsrin əvvəllərinədək irəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu.

Erməni şovinist-millətçiləri irəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilar. 1924-cü ildə irəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan Azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edan bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə iravanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

     XX əsrin 30-40-cı illərində irəvan şəhərinin mərkəzindəki Azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər irəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri Azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 50-60-ci illərdə Azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər.

     Azərbaycanlılara qarşı törədilən 1905-1906-ci illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı. 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları irəvan şəhərinin Azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. Ermənilər irəvan şəhərindən Azərbaycanlıların maddi-mədəniyyət izlərini silərək və Azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail oldular. Erməni tarix saxtalaşdırıcıları indi də tarix kitablarından və dərsliklərdən Azərbaycanlıların izini silməyə çalışırlar.

     Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, hazırda irəvan şəhərində xaricdən gələn qonaqlara və tədqiqatçılara yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsini göstərmək mümkün deyil.

     İrəvan şəhəri təkcə tarixi-memarlıq abidələri ilə deyil, həmçinin elm və mədəniyyət mərkəzi kimi Azərbaycan şəhərləri arasında özünəmaxsus yer tutur. İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur.

     Müxtəlif vaxtlarda irəvanda olmuş səyyahlar, səlnamaçilər, tədqiqatçılar irəvan şəhərini şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır. Əslən irəvandan olan, xarici ölkələrdə “irəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm, mədəniyyət və din xadimləri haqqında məlumatlar mövcuddur.

     Erməni millətçiləri Azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə çalışsalar da və yaxud onları öz adlarına çıxmaga çalışsalar da tarixin yaddaşından onları silmək 

mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.

2. Əli Həsənov Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri.

     Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

     Son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərinin ermənilər tərəfindən özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli 

əsərlərin yazılaraq çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir sıra dəyərli əsərlər yazılmışdır ki, bunun nəticəsində XIX əsrin sonu-XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir.

     Səkkiz dildə oxuculara təqdim edilən “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti, eləcə də bu millətçi-şovinist siyasətin əsas mahiyyətinin öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terrorizmi və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmasıdır.

3. N. Mustafa, A. Qurbanov, E. Əlili - Erməni saxtakarlığı yalan üzərində qurulan tarix.

     “Ən böyük yalan bu yalanı görüb-eşidib ona susmaq, etiraz etməməkdir”. Bu sözlər uşaq ikən sevə-sevə oxuduğumuz məşhur “Dəfinələr adası” kitabının müəllifi Robert Stivensona məxsusdur. Stivensonun “erməni məsələsi”ndən xəbərdar olmasını iddia etmək fikrindən uzağıq. Amma özünü tarixi saxtakarlıqlarla dolu “dəfinələr adası”nda zənn edən erməni tarixşünaslığının bu gün analoqu yoxdur - desək, qətiyyən yanılmarıq. Çünki erməni xalqının və erməni dövlətçiliyinin (əslinə qalsa, bunlar bir-birindən uzaq anlayışlardır) tarixinin aparıcı hissəsi faktlara deyil, faktoidlərə - “fakt” kimi təqdim olunan saxta məlumatlara söykənir. Qriqorian məzhəbinin yazılı tarixi isə qədim əsatirlərdən, xristian rəvayətlərinin tanınmaz hala salınan variantlarından, bir çox hallarda başqa xalqların mifologiyasından götürülmüş hissələrdən ibarətdir. Burada mifoloji məzmun və əsatir personajları ilə gerçək hadisələr və şəxslər arasındakı sərhəd nisbi və illüziya xarakterlidir. Vaxtilə rus pravoslav kilsəsinin yepiskopu, şərqşünas və arxeoloq Porfiri Uspenski də “Mənim Yaranış kitabım” əsərində ermənilərin saxta din tarixi yaratmaqda ənənəvi ustalıqlarını xüsusi qeyd etmiş, hətta onların “qədim yazılı sübutlar” yaratmaq texnologiyası ilə tanış olduqdan sonra bu sözləri yazmışdı: “İnanmayın! Ermənilərin tarixi sənədlərinə inanmayın! Onlar fırıldaqçıdırlar, saxta sənədlər düzəldirlər. Onların “qocalması”, saralması, köhnəlməsi üçün bu kağızları ya təzək qalağı altında saxlayır, ya da rütubətli yerlərə qoyurlar”.

     Ermənistan dövlətinin, erməni xalqının, hətta qriqorian məzhəbinin tarixi üçün faktoidlərin konveyer üsulu ilə buraxılışının sütunu, eləcə də onu digər xalqların etnik tarixlərindən fərqləndirən başlıca xüsusiyyəti bu istehsal prosesinin əvvəlində özünəməxsus “Prokrust çarpayısının”2 olmasıdır. Belə ki, əgər tarixi hadisə “erməni reallıqlarının” standartlarına uyğun gəlmirsə, deməli başqaları üçün də gərəksiz sayılmalıdır. Bu zaman həmin olay ya tamamilə inkar edilir, ya da təhriflərlə tanınmaz hala salınır. İşdir, əgər həmin tarixi hadisədə mikroskopik həddə də olsa, erməni iddialarına hər hansı bir 

uyğunluq və ya orada informasiya boşluğu varsa, yenə də fantastik ehtimallarla, salnaməçilərin təhrif edilmiş qənaətləri ilə, mövcud olmayan tarixçilərin sitatları ilə zənginləşdirilir. Bu zaman isə yalnız Ermənistanın qapalı arxivlərində saxlanılan, orijinal nüsxələri isə guya qondarma “erməni soyqırımı” zamanı yandırılan salnamə surətlərindən çıxarışlara istinad edilir. Buna misallar isə istənilən qədərdir. Məsələn, akademik Suren Ayvazyan 1998-ci ildə Moskvada işıq üzü görmüş “Rusiya tarixi. Erməni izi” kitabında qədim ermənilərin hətta Misiri işğal edərək buraya “ali ari mədəniyyətini” gətirmələrini, hətta hakimiyyətdə erməni fironlarının əyləşdiklərini iddia edərək, istinad nöqtəsi kimi antik salnaməçi Manefonun aşağıdakı sitatını “olduğu kimi” göstərmişdir: “Eramızdan əvvəl 1710-cu il idi (diqqət edin, bunu eramızdan əvvəl yaşamış tarixçi yazır!). Misirin sərhədləri qorxunc təhlükə ilə üzləşmişdi… Yadelli qoşunlar vulkanların püskürdüyü, böyük Ararat dağının ucaldığı ölkədən gəlmişdilər…”

     Qısası, qədim məsəldə deyildiyi kimi, “bardağa yox, onun içindəkinə baxmaq lazımdır”. Ermənilər gerçəkliklərə “ehtimal və nisbilik nəzəriyyələrinin sintezi” prizmasından yanaşma ilə tarixşünaslığa alternativ bir janrın - absurd tarixşünaslıq ənənəsinin təməlini qoymuşlar. Bu illüziyada Cənubi Qafqazın, Orta və Yaxın Şərqin, Mərkəzi Asiyanın, hətta Avropanın bəxti gətirməmiş, onların tarixi tanınmaz dərəcəyə salınmışdır. Xalqlar, dinlər və ayrı-ayrı insan qrupları məkan və zaman fərqi bilmədən bir dövrdən digərinə, bir coğrafi ərazidən başqasına asanlıqla teleportasiya edilir, hadisələr tanınmaz hala salınaraq xronoloji, tarixi, linqvistik və etnoloji kazuslar yaradılır. Nəticədə, ilk erməni xristian icmaları, xristian dini rəmzləri İsa Məsihin mövludundan xeyli əvvəl yaranır və yayılır, İncilin hələ yazılmadığı dövrdə ondan sitatlar gətirilir, bir xalq özü-özünü işğal və sonra da azad edir, cani qətlə yetirdiyi günahsız insanlardan bir neçə yüz il əvvəl dünyasını dəyişir, böyük qəhrəmanlar isə hələ doğulmamışdan öncə misilsiz şücaətlər göstərərək, canlarını döyüş meydanında Uca Rəbbə tapşırırlar. Təbii ki, bu absurd teatrının baş personajları da, dramaturqları da, rejissorları da, aktyorları da məhz erməni salnaməçiləri və müasir tarixçiləridir. 

     O da yaxşı məlumdur ki, tarix səmasında erməni imicmeykerlərindən ibarət “bürcün” ən parlaq, bəlkə də ən günahsız və ən təhrif olunmuş “ulduzu” salnaməçi Movses Xorenatsidir. Bu tarixçinin həyatı və fəaliyyəti, yaşadığı dövr əsərlərinin mətnləri qədər sirr və müəmmalar içərisindədir. Müxtəlif mənbələrdə onun həyatı barədə yazılanlara, eləcə də əsərlərindəki hadisələrin xronologiyasına inansaq, onun az qala ümumiləşdirilmiş mifik personaj olması və nə az, nə də çox, təqribən 350-400 illik fərqi əhatə edən bir dövrdə, V-VIII əsrlər arasında yaşayıb-yaratması haqqında fərqli ehtimallar irəli sürülməkdədir. Elə son dəqiqləşdirmələr də onun doğum-ölüm tarixinin VIII əsr olduğunu təsdiqləməkdədir. M.Xorenatsinin qələmindən çıxan “Tarix” əsərinin mətni təqribən doqquz yüz il sonra - XVII əsrdə o dərəcədə təhrif olunmuşdur ki, saxtakarlar ərinməyib oraya hətta IX yüzillikdə baş vermiş olayları və salnaməçinin həmin hadisələrə “obyektiv münasibətini” də daxil etməkdən, əsərin adını isə “Ermənistan tarixi”nə çevirməkdən çəkinməmişlər. Təsadüfi deyil ki, Qərb tarixçilərindən Avqust Karier hələ 1896- cı ildə M.Xorenatsinin əsərlərindəki faktoloji uyğunsuzluqları, saxtakarlıqları nəzərə alaraq yazırdı: “Qədim erməni tarixçilərinin məlumatına inanmaq savadsızlıqdır. Bu məlumatların böyük hissəsi uydurmadır”.

     Saxtakarları bir ideya birləşdirirdi: ən müxtəlif üsullarla Anadoluya, Cənubi Qafqaza gəlmə olan hayların mifik salnamələrini regionun qədim dövlətlərinin və xalqlarının gerçək tarixləri ilə bağlamaq, “protoermənilərin” digər etnoslar üzərində dominantlığını, bu torpaqlara, əski maddi-mədəni irsə mülkiyyət hüquqlarını sübuta yetirmək üçün yaratdıqları “alternativ tarixi” ictimai fikrə nüfuz etdirmək. Məhz bu baxımdan həm Movses Xorenatsini, həm də Ovanes Drasxanakertsini tarix saxtakarlarının ilk və ən böyük qurbanları adlandırmaq lazımdır. O da maraqlıdır ki, onların salnamələrinin mətnlərindən savayı adları da (“Tarix”) sonradan təhrif olunaraq, ən yaxşı halda “erməni tarixi” kimi deyil, “Ermənistan tarixi” başlığı ilə təqdim edilmişdi. İnsafən, V-VI əsrlərdə ermənilərin Favstos Buzand, Lazar Parpetsi kimi böyük tarixçiləri də olmuşdur. Amma məlum səbəblər üzündən onlar Movses Xorenatsi kimi geniş populyarlıq qazana bilməmişlər. Çünki, Favstos öz salnaməsində xəzər, hun, saka-skif və kasplara (kaspilərə) geniş yer vermiş, Lazar isə alban və hayları (erməniləri) müxtəlif ərazilərdə yaşayan, fərqli dilə, mədəniyyətə malik olan xalqlar kimi tanıtmışdı.

     Hər bir müstəqil dövlətin aparıcı rəsmi rəmzləri – atributları var və onların sırasına bayraq, gerb, üzərlərindəki tanınma-fərqləndirmə nişanları daxildir. Bu rəmzlər bir tərəfdən konkret dövlətin suverenliyi, quruluşu, malik olduğu dəyərlər barədə lakonik məlumat verməklə yanaşı, təsvir elementlərinin dili ilə onun özünəməxsus xüsusiyyətlərini, keçdiyi tarixi yolu və mədəniyyətini də ifadə edir. Dövlət rəmzi mahiyyət etibarı ilə xalqın milli dövlətçilik tarixinin göstəricisi və təsdiqidir. Erməni xalqında birmənalı olaraq, nə etnik simvol, nə də milli dövlətçilik rəmzləri vardır. Əgər olubsa, onun tarixi mənbəyini və semantikasını yalnız faktlarla bildirsinlər! Tarixdə mövcud olmayan dövlətin hər hansı bir rəsmi atributundan söz açmağa dəyməz. Çıxış yolunu isə digər xalqlara və dövlətlərə məxsus rəmzlərin mənimsənilməsində və onların erməniləşdirilməsində görmüşlər. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, bu mənimsəmələrin hədəfi olan istənilən maddi-mədəni və ya qeyri-maddi irs nümunəsi qondarma dini rəvayətlərlə əlaqələndirilir, onların “qədim erməni dövlətçiliyi” ilə bağlanılmasına səy göstərilir. 

4. Əsəd Qurbanlı - Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1947-1953-cü illər).

     XX əsrin sonlarında müstəqillik əldə etmiş xalqımızın tarixində qaranlıq səhifələr çox olmuşdur. Yaşadığımız sovet dövrünün “total” qadağaları tariximizə aydın nəzər salmağa onilliklər boyu imkan verməmişdir. Yalnız sovet imperiyasının çökməsindən və dövlət müstəqilliyimizi qazandıqdan sonra tariximizin uzun illər gizli saxlanılan, təhrif edilən hadisələrin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişik. Uzun illər yasaq olunmuş belə mövzulardan biri də ikinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından, Ermənistan SSR-dən deportasiya olunması hadisəsidir. Xalqımızın tarixinə “ağ ləkələr” kimi düşmüş bu faciəli hadisələr uzun illər tariximizin “dondurulmuş” səhifələrindən birinə çevrilmişdir.

     SSRİ-də sosializmin quruculuğu gedişi prosesində totolitar rejimə müqavimət göstərən müxtəlif qruplar, siyasi partiyalar deyil, bütöv xalqlar Sovet deportasiya siyasətinə məruz qalmışdır. Onlar 

müxtəlif “səbəblərdən” yurd-yuvalarından zorla köçürülmüş, deportasiya edilmişlər. Deportasiyaya məruz qalmış xalqlar sırasında türk xalqları, o cümlədən Azərbaycan türkləri də olmuşdur. Onlar 1948-1953-cü illərdə Ermənistan SSR-dən İ.V.Stalinin 1947-ci il 23 dekabr tarixli fərmanı ilə köçürülmüş, qədim Azərbaycan torpaqlarında xristian ermənilər yerləşdirilmişlər. Bu ilk növbədə imperiya siyasətindən irəli gəlsə də, ermənilər uyğun şəraitdən yararlanmış, Azərbaycan türklərinin tarixi torpaqlarından köçürülməsinə nail olmuşlar.

     Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız milli faciə və məşəqqətlərə məruz qalmışdır. Azərbaycanın Kür-Araz ovalığına köçürülmüş soydaşlarımız isti iqlim şəraitinə dözməyərək müxtəlif xəstəliklərdən tələf olmuş, əsl soyqırıma məruz qalmışlar. Təəssüflər olsun ki, soydaşlarımıza qarşı yönəlmiş bu məkrli siyasət uzun illər özünün əsl siyasi, tarixi, elmi qiymətini almamış, etnik təmizləmə siyasəti lazımi dərəcədə özünün obyektiv təhlilini və izahını tapmamışdır. İ.V.Stalinin ölümündən sonra deportasiya olunmuş xalqlara verilmiş reabilitasiya ictimai-siyasi həyatda tarixi hadisə olsa da bu bəraətləndirmə köçürülməyə məruz qalmış 100 mindən çox soydaşımıza şamil edilməmişdir.

     Yenidənqurma dövründə də, Sovet dövləti səviyyəsində xalqların zorla köçürülməsi praktikası pislənilsədə, Azərbaycan türklərinin köçürülməsinə münasibət dəyişməmiş, bu məsələ öz müsbət həllini tapmamışdır. Bütün bunların nəticəsidir ki, deportasiya ilə bağlı sovet tarix ədəbiyyatlarında Azərbaycan türklərinin tarixi torpaqlarından deportasiyası, köçürülməyə məruz qalmış xalqlar sırasına nəinki aid edilmir, eyni zamanda tarixi tədqiqatlardan da kənarda qalmışdır.

     Tarixi ədalət yalnız, Ümummilli lider H.Ə.Əliyevin qətiyyəti nəticəsində bərpa olunmuş, bu hadisə dövlət səviyyəsində öz siyasi, hüquqi qiymətini almışdır. H.Ə.Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” kı 18 dekabr 1997-ci il tarixli fərmanında etnik təmizləmə siyasəti və onlara qarşı edilən qeyri-humanist münasibət pislənilmiş, bu problem məsələnin öyrənilməsi tarixçilər qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Beləliklə, bu mühüm tarixi faciənin gizli səhifələrinin düzgün və obyektiv yazılması tarixi zərurətə çevrilmişdir. 1948-1953-cü illərdə Azərbaycan türklərinin tarixi torpaqlarından, Ermənstan SSR-dən deportasiyasını araşdırılması, SSRİ və Ermənistan SSR rəhbərlərinin bu sahədə tutduğu mövqeyi, cinayətkar əməllərinin təhlil edilməsi, nəinki soydaşlarımıza qarşı edilən tarixi haqsızlığı aradan qaldırmaq, bu həm də, tarixi ədalətin öz yerini tutmasına yönəlik bir addımdır.

     Problemin öyrənilməsinə əsasən, Dağlıq Qarabağ münaqişəsindən sonra başlanılmışdır. Bu bir tərəfdən Sovet imperiyasının çökməsi və senzuranını ləğvi ilə əlaqədar idisə, digər tərəfdən xalqımızın tarixi taleyində baş vermiş hadisələrin yeni prizmadan qiymətləndirilməsi ilə bağlı idi.

Əli Ələkbərov

Xəzər Universitetinin tələbəsi

Xəbər lenti