Azərbaycan məktəbində Erməni dilinin tədris edilməsi vacib amillərdəndir. Öncə gəlin ən qədimə səfər edək.
Əhəməni dövlətinin son dönəmində Arminiya satraplığının önəminin artdığı müşahidə olunur. Əhəməni dövlətini Makedoniyalı İskəndər tərəfindən süqut etdirilməsindən (e.ə.331-ci il) sonra bölgədə biri Şimali Araz hövzəsində, digəri Elazığ bölgəsində iki krallıq meydana çıxır. Hər iki dövlət Ellinist dövlətlərlə yaxın əlaqələr qururlar.
E.ə. I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tiqran (e.ə.96–55)ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürütdü və bu günkü Livanın cənubuna qədər olan ərazini işğal etdi. II Tiqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxılığında saldırdığı Tiqranakert şəhərinə köçürdü. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan hökmdarları arasında olan döyüşdə II Tiqran məğlub edildi və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur oldu.
E.ə.I minillikdən b.e. IV yüzilliyinə kimi Erməni dövlətinin ərazisi Roma-Parfiya və Bizans-Sasani dövlətlərinin müharibə yeri olub. Erməni çarları tez-tez mübarizə aparan qüvvələr tərəfindən budəyişdirilirdi. Dövlətin zəiflədiyi bir dövrdə yerli bəy xanədanlıqları güclənir və müstəqilliyə can atırdılar. Ən önəmli xanədanlıqlar Muşda Mamikonyanlar, Qarsda Qamsaraqanlar, İspir, Qars, Ardanuç və Muşda Baqratunilər, Başqala və Vanda Ardzunilər, Gevaşda Rştunilər, Təkmanda Vahevunilər, Ərçişdə Abahunilər, Malazgirt də Knunilər idi.
387-ci ildə uzun çəkişmələrdən sonra nəhayət Erməni dövlətinin ərazisi Bizans və Sasani dövlətləri arasında bölündü və ərazi 300 ilə yaxin Bizans-Sasani sərhəddini təşkil etdi. Bizans tərəfindən götürülən Arminiya torpaqları Bizansın təyin etdiyi bəylər (əksər hallarda erməni nakhararlarından təyin olunurdu) tərəfindən, Sasanilərin tərkibinə qatılan kiçik bir ərazi isə Sasanilərin təyin etdiyi canişinlər (vostikan) tərəfindən idarə olunmağa başladı.
1828-ci il 10 fevralda Rusiya və Qacarlar imperiyası arasında bağlanan Türkmənçay sülh müqaviləsi Azərbaycanın bölünməsi ilə yanaşı ermənilərin Azərbaycanda məskunlaşdırılmasını da nəzərdə tuturdu. Müqaviləyə əsasən Türkiyə və İrandan ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ ərazisinə köçürüldü.
Rusiyanın erməniləri köçürməkdə məqsədi iki türk dövlətini bir-birindən ayrı salmaq idi. Sonradan Rusiya imperiyasının məqsədyönlü siyasəti nəticəsində ərazidə ermənilərin sayı daha da artırıldığı halda azərbaycanlılar öz yurdlarını tərk etməyə məcbur edildi. Beləliklə, Rusiya imperiyası dağıldığı zamanda artıq bölgədə önəmli bir sayda erməni vardı. Lakin azərbaycanlılar hələ də üstünlüyü saxlayırdılar. Çar Rusiyasından qurtulan digər xalqlar kimi ermənilər də öz milli hökumətlərini qurmaq istədilər. Lakin onların Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldığı yerlər pərakəndə və az idi. Buna görə də erməni ziyalıları Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə müraciət edərək İrəvan mahalının onlara güzəştə gedilməsini xahiş etdilər. Yenicə qurlmuş və çətin dövrlərini yaşayan Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin 86 faizini azərbaycanlıların təşkil etdiyi İrəvan nahiyyəsini ermənilərə güzəştə getməyə məcbur oldu. Lakin qarşılığında ermənilər Zəngəzur və Qarabağa olan iddialarından əl çəkməli idilər. Əgər gələcəkdədə belə bir iddia irəli sürülərsə AXC müqavilənin imzalanmasından keçən 100 il ərzində İrəvan nahiyyəsini geri almaq hüququnu saxlayırdı (Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bu hüquq indi ona məxsusdur). Sovet dövründə Azərbaycanın Zəngəzur, üstəlik Göyçə bölgələri də Ermənistana verildi. Müstəqillik qazandıqdan sonra (1991) isə ermənilər Qarabağı işğal etdilər.
Erməni dili Hind-Avropa dilləri ailəsində xüsusi bir qol təşkil edən dildir. Yuxarı Fərat hövzəsində e.ə. 5-ci əsrdən varlığı haqqında mənbələrdə məlumat verilən bu dil b.e. V əsrindən Erməni əlifbası ilə yazıya köçürülmüşdür. Din adamı Mesrop Maştos (361–441) tərəfindən 405-ci ildə yaradılan 38 hərfli bu əlifba inkişaf etdirilərək günümüzə qədər istifadə olunmaqdadır. Mesrop Maştosun bu 38 hərfi yuxusunda gördüyü rəvayət edilir.
Müasir erməni dili mərkəzi İstanbul olmaqla Qərb ermənicəsi və mərkəzi İsfahan olmaqla Şərq ermənicəsinə bölünür. Ermənistanın rəsmi dili Şərq ermənicəsidir. Qərb ölkələrindəki diasporalarda yaşayan ermənilərin dili Qərb ermənicəsidir. Buna baxmayaraq Ermənistanın təsiri ilə son dövrlərdə Qərb erməniləri arasında da Şərq ermənicəsi yayılmaqdadır.
Biz 44 günlük vətən müharibəsində qalib gəlmiş, həm də dəfələrlə Erməni və Rus bolşevikləri tərəfindən soyqrımlara məruz qalmış dövlət kimi, Erməni dilini öyrənməyimiz vacibdir. Çünki bu hərbi əməliyyatlar zamanı lazım ola bilər.
Həmçinin biz unutmalı deyilik ki, Erməni hərbi birləşmələri 1992-ci ildə Xocalı soyqrımı zamanı meşədə gizlənmiş Azərbaycan vətəndaşlarını Azərbaycan dilində səsləmiş: "Biz sizə kömək etməyə gəlmişik. Biz bakıdan gəlmiş hərbi qulluqçularıq." Gördüyümüz kimi düşmən düşmənliyi ilə bizim dilimizi öyrənir. Araşdırmalara əsasən Ermənistanda təhsil müəssələrində Azərbaycan dili məcburi fənn olaraq Erməni dili səviyyəsində tədris edilir.
Əlbəttə ki, Azərbaycanda da Erməni dili, İngilis dili, Rus dili, Alman dili səviyyəsində tədris edilməlidir. Biz heç vaxt düşmənimizi zəif, gücsüz tanımamalıyıq. Çünki düşmən daim bizi məğlub etmək üçün axtarışdadır.
Əli Ələkbərov