Logo

Azərbaycan Dillər Universiteti təhsili və tələbələrini düşünməsi ilə seçilir - MÜSAHİBƏ

18.03.2021 17:56 681 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) təhsil 1 fakültəsinin tələbəsi Hümbətzadə Sevinc ilə müsahibəni təqdim edirik:

 

- Universitetinizdə tədris prosesi necə gedir?

 

- Universitetimizdə tədris prosesi onlayn şəkildə gedir.

 

- Azərbaycan Dillər Universitetini nə ilə fərqləndirə bilərsiniz?

 

- Azərbaycan Dillər Universiteti öz təhsili, tələbələrini düşünməsi və hər zaman onların yanında olması, çətinliklər yaranan zaman tələbələrinə yaxından dəstək olması ilə fərqlənir və seçilir.

 

- Aldığınız təhsil sayəsində hansı işləri görmək haqda düşünürsünüz?

 

- Aldığım təhsil sayəsində mükəmməl və yüksək səviyyədə dil biliyinə sahiblənərək gələcəyin savadlı kadrlarından biri olmağı düşünürəm.

 

- Koronavirus pandemiyası tədrisinizə necə təsir etdi?

 

- Koronavirus pandemiyası az da olsa çətinliklər yaradır. Çünki dərslər onlayn şəkildə tədris olunur. Bəzi tələbələrdə internet problemləri yaşanır və bu səbəbdən tələbə öz fikrini aydın və ətraflı şəkildə çatdıra bilmir. Qalan hər bir şeyin öz qaydasında olduğunu düşünürəm. Bununla yanaşı, mən fikirləşirəm ki, oxuyan hər bir tələbəyə heç bir şey mane ola bilməz. Çünki savadlı tələbə özünü hər şəkildə ifadə etməyi bacarmalıdır.

 

- Distant təhsil tələbələrə necə təsir bağışladı?

 

- Mən öz adımdan bildirmək istəyirəm ki, məndə distant təhsillə bağlı heç bir problem yaşanmadı. Ənənəvi təhsildə olduğu kimi hər şey öz qaydasında davam etdi.

 

- Pandemiya ərəfəsində tələbələrə hansı tövsiyələri edərdiniz?

 

- Mən tövsiyə edərdim ki, pandemiya ərəfəsində hər bir tələbə daha yaxşı çalışsın. Ənənəvi təhsil zamanı bəzi rayonlarda yaşayan tələbələr Bakıya gələrək burada yaşayırdı. Onlar həm ailəsindən uzaq olurdu, həm əlavə vaxt itkisi, həm də əlavə maddi cəhətdən əziyyətlər çəkirdilər. Mən fikirləşirəm ki, distant təhsil daha çox onlar üçün sərfəlidir və nəinki onlara, digər tələbələrə də bu cür fürsətlərdən daha da yaxşı istifadə etməyi, ənənəvi təhsil zamanı xərclədikləri pulu isə toplayıb gələcək karyeraları üçün yüksək şəkildə vəsait toplamağı, bununla yanaşı, qalan vaxtlarında işləyərək ailəsinə dəstək olmağı məsləhət görərdim. Öz adımdan bütün tələbələrə uğurlar arzulayıram.

 

- Distant təhsillə ənənəvi təhsil arasında hansı fərq və dəyişikliklərin şahidi oldunuz?

 

- Distant təhsil ilə ənənəvi təhsil arasında çox da böyük bir dəyişiklik görmürəm. Dərs hər zaman dərsdir, müəllim həmin müəllimdir. Öyrədən öyrədir, öyrənən isə öyrənir. Mən fikirləşirəm ki, hər kəs öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirərsə, hər zaman uğurlar və nailiyyətlər əldə edəcəkdir.

 

- Distant təhsil universitetinizə qarşı hislərinizə necə təsir göstərib?

 

- Distant təhsil təhsilimizə çox da böyük təsir göstərmədi. Lakin tələbə olaraq, öz tələbəliyimiz illərindən, müəllimlərimiz ilə daha da yaxından dost münasibətləri qurmaqdan, kollektiv olaraq birlikdə zaman keçirməkdən bir az məhrum olduq.

 

- Sizcə, təhsil aldığınız müəssisə pandemiya dövründən üzüağ çıxa bildimi?

 

- Bəli,əlbəttə ki, Azərbaycan Dillər Universiteti ənənəvi təhsil zamanı olduğu kimi pendemiya dövründə də həm öz tələbələrinə çoxlu güzəştlər edərək, həm də gözəl təhsil verərək hər zamanki kimi sevilərək üzü ağ çıxmağı bacardı. Mən həqiqətən də bu cür universitetdə təhsil aldığıma görə özümü çox xoşbəxt hiss edirəm və hər bir kəsə bu cür universitetdə təhsil almağı arzu edirəm.

 

- Tələbə olaraq ölkə təhsili ilə bağlı nə kimi təklif və iradlarınız var?

 

- Tələbə olaraq ölkə təhsili ilə bağlı heç bir iradım yoxdur. Lakin təklif edərdim ki, ölkə təhsilində daha çox dillərə və psixoloji mövzulara üstünlük verilsin. Məsələn, dillər siyahısına düşmənlərimizin dili də daxil olunsun. Çünki düşünürəm ki, düşmənə ən böyük zərbəni ilk növbədə məhz bu yolla onları anlayaraq vura bilərik. Digər tərəfdən psixoloji mövzulara da geniş yer verilməlidir. Bildiyimiz kimi, son dövrlərdə həm pandemiya zamanı insanlarin öz həyat tərzlərini dəyişməsinə görə, həm müharibə səbəbindən, həm də ailədaxili problemlərdən bir çox insanlarin, xüsusilə də gənclərin canlarına qəsd etmələrinin çox şahidi oluruq. Buna görə də insanları ruhlandırmaq, psixologiyasına dəstək olmaq və onlara həyatı sevərək yaşamağı psixoloji mövzular ilə öyrətmək lazımdır.

Xəbər lenti