Azərbaycanda işsiz müəllimlərin sayı həddindən çoxdur. Üstəlik bu say hər il ayrı-ayrı universitetlərdən müəllim diplomu alan məzunların hesabına bir qədər də artır.
Rəsmi məlumata görə, bu il məllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanlarına 61 mindən namizəd buraxılıb. Bəlkə də onun yarısı qədər də imtahanlardan kənarda qalıb.
Hər il MİQ imtahanlarında iştirak edən 60 mindən çox müəllimin cəmi 8 min nəfəri daimi işlə təmin oluna bilir.
Bir sözlə, ölkədə işsiz "diplomlu müəllimlər ordusu" formalaşıb .
Bəs ölkədə bu qədər müəllimə ehtiyac varmı? Müəllim ixtisasları üzrə tələbə qəbulu aparan Azərbaycan Dövlət Pedaqoji Universitet varsa, niyə digər ali təhsil ocaqları da bu işlə məşğuldur?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov Modern.az-a bildirib ki, ölkədə müəllimlərə tələbat var, xüsusilə də rayonlarda:
“Qəbul imtahanlarında yüksək bal toplayan tələbələr məzun olduqdan sonra işə qəbul olunmaq üçün imtahanlardan keçə bilmirlər. Bu, düşündürücüdür. Bu şəxs universitetə yüksək balla qəbul olunub, orada yüksək nəticələrlə oxuyub, amma işə qəbulda imtahanı keçə bilmir. Bunların hər biri müzakirə olunmalı, yaranan çətinliyin səbəbləri araşdırılmalıdır”.