Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli Təhsil – Müasir Çağırışlar” adlı forum keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BANM tərəfindən təşkil olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək, təhsildə keyfiyyətin təminatının əhəmiyyəti və bu sahədə həyata keçirilən islahatlar barədə məlumat veriblər.
Məqsəd Bakı və Abşeronda yerləşən ali təhsil müəssisələrinin keyfiyyət təminatı strukturlarının əməkdaşlarını bir araya gətirərək müasir çağırışlar və perspektivlər haqqında müzakirələr aparmaqdır.
Forum TKTA-nın nümayəndələrinin təqdimatları ilə davam edib.