Logo

Xankəndi məktəbində ilk dəfə 20 Yanvar faciəsinin qurbanları anıldı

17.01.2025 10:00 106 baxış
IMG

Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, əvvəlcə himnimiz səslənib, sonra isə faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. 

O, çıxışında bildirib ki, 35 il keçsə də, törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi noyabrın 8-də  Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə başa çatıb. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi  də bu gün öz doğma məkanında şagirdlərə təhsil verir. 

Çıxışdan sonra məktəbin şagirdləri "Axı biz neyləmişdik?!" adlı ədəbi-bədii kompozisiya ilə 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri səhnəciklərlə nümayiş etdiriblər. 

Səriyyə Müslümqızı

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/9e257801-7e8f-4c70-a6ad-ea60810b3952_WhatsApp%20Image%202025-01-17%20at%2009.41.23.jpeg


 

Xəbər lenti