"31 dekabr 2024-cü il tarixinədək İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müxtəlif sahələrdə çalışan ümumilikdə 2660 müəllimə 144,3 mln. manat həcmində ipoteka krediti verilib".
Bu barədə TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Qeyd edilib ki, kreditlərin 948,8 mln. manatı güzəştli ipoteka kreditlərinin payına düşüb.
Müəllimlərin 96,4%-ni dövlət sektorunda çalışanlar təşkil edir. 997 müəllimə 57,5 mln. manat həcmində adi, 1663 müəllimə isə 86,8 mln. manat həcmində güzəştli ipoteka krediti verilib.
Ümumilikdə, 2006-cı ildən bugünədək İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,3 mlrd. manatı keçib və 52,5 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub”.