Logo

Emal müəssisələrində optimallaşdırma və səmərəlilik məsələlərinə həsr olunmuş elmi seminar keçirilib

14.01.2025 16:49 54 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Neft və qaz emalı müəssisələrində rəqəmsal həllər vasitəsilə metod və alqoritmlərin işlənilməsi ilə optimallaşdırma və səmərəlilik” mövzusunda tədqiqatlarla bağlı müzakirələr aparılıb.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Caspian İnnovation Center” şirkətinin baş əməliyyat direktoru, Bakı Ali Neft Məktəbinin doktorantı Orxan Quliyev problemin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb. O, neft və qaz sənayesinin qlobal emissiyalarda payı, yaşıl transformasiyalar, dekorbanizasiya və enerji keçidində rəqəmsal transformasiyanın rolu haqqında çıxış edib.

Bildirib ki, tədqiqat işinin məqsədi emal müəssisələrində yaranan çətinliklər və qeyri-effektivlikləri yeni metod və alqoritmlər vasitəsilə optimallaşdıraraq dayanıqlılıq, maliyyə effektləri, təhlükəsizlik kimi məsələlərin həllinə, bu yanaşmanın bütün növ emal müəssisələrində və gələcəkdə müxtəlif sənaye obyektlərində tətbiqinin səmərəliliyinə nail olmaqdan ibarətdir.

O.Quliyev vurğulayıb ki, həm SOCAR, həm də neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən digər nəhəng şirkətlərin strateji hədəfləri, tətbiq etdikləri metodlara baxılmış və bu sahədə əldə olunan elmi-nəzəri nəticələr araşdırılıb. O əlavə edib ki, iqtisadi səmərənin əldə edilməsi, əməliyyat mükəmməlliyinə nail olunması, rəqabətədavamlı insan kapitalının formalaşması və dekarbonizasiya hədəflərinə gedən yolda yaşıl və rəqəmsal transformasiyaların əhəmiyyətini önə çıxarmaq və bu məqsədlə dünya təcrübəsini araşdırmaq tədqiqat işində qarşıya qoyulan əsas məsələlərdəndir. Buraya, həmçinin müvafiq sahədə həyata keçirilən işlər və mövcud metodların sənayedə tətbiqi ilə bağlı praktiki həllərlə tanış olmaq və s. daxildir.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra doktorantın elmi rəhbəri, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev tədqiqat işinə dair fikirlərini bölüşüb. Alim müasir dövrdə kiberdayanıqlılıq və yaşıl transformasiya məsələlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, tədqiqat işində bu problemlərə daha geniş yer ayrılmasının zəruriliyini vurğulayıb. Akademik R.Əliquliyev, həmçinin bu istiqamətdə konseptual modelin işlənilməsi, eləcə də məqalələrin hazırlanaraq nüfuzlu jurnallara təqdim edilməsi ilə bağlı tövsiyələrini səsləndirib.

Xəbər lenti