Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin növbəti nömrəsi işıq üzü görüb.
MEK-dən TƏHSİL.BİZ-ə bildirilib ki, bülletenin MEK-ə 2024-cü ilin üçüncü rübündə Azərbaycan, rus, ingilis, ərəb və digər dillərdə daxil olmuş kitablar, dövri və ardı davam edən nəşrlər, avtoreferatların biblioqrafik mənbələri haqqında məlumatlar toplanıb.
Burada əks olunmuş nəşrlər elm sahələri üzrə qruplaşdırılaraq əlifba sırası ilə düzülüb. Oxucuların sifariş vermək istədiyi kitabın kataloqa müraciət etmədən, operativ şəkildə təmin olunması məqsədilə təsvirlərin qarşısında şifrəsi də bülletendə qeyd olunub. Bülletenin sonunda isə axtarış imkanını asanlaşdırmaq məqsədilə MEK-də iyul-sentyabr aylarında keçirilən tədbirlərin xronikasında yer alan materialların yayımlandığı mənbələr də təqdim edilib.