Logo

Nazirlik: 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

16.01.2025 22:04 91 baxış
IMG

Yanvarın 17-18-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə Tehsil.biz-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti