Logo

Peşə təhsilinə marağın artması sevindirici tendensiyadır - Ceyhun Kərəmov

14.01.2025 10:35 61 baxış
IMG

“Son illərdə peşə təhsilinə olan marağın artması sevindirici tendensiyadır. 2020-ci ildən sonra peşə təhsilində qəbul göstəricilərində 60 faizdən çox artım müşahidə olunub. Bu, peşə təhsilinin cəmiyyətdə daha çox tanındığını və qəbul edildiyini göstərir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, yeni peşə təhsili müəssisələrinin istifadəyə verilməsi və bəzi təhsil ocaqlarında ikinövbəli sistemə keçmə tələbə axınının artdığını göstərir: “Bu, həm də peşə təhsili infrastrukturunun inkişafına işarədir. Peşə təhsilinin gücləndirilməsi, təhsilin iş bazarının tələblərinə uyğunlaşdırılması və dövlət-sahibkar-cəmiyyət əlaqələrinin düzgün qurulması ölkənin davamlı inkişafı üçün əsas şərtlərdəndir. Bu istiqamətdə davamlı addımların atılması iqtisadiyyatın dayanıqlılığı və insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır”.


 

Xəbər lenti