Logo

2027-ci ildən fizika və kimya fənlərinin tədrisi ləğv ediləcək

11.01.2025 23:23 85 baxış
IMG

Ukrayna Təhsil Nazirliyi yuxarı siniflərdə fizika, kimya və biologiya fənlərinin məcburi tədrisini ləğv etmək qərarına gəlib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna məktəblərində 10, 11 və 12-ci sinif şagirdləri üçün fizika, biologiya, kimya, eləcə də xarici ədəbiyyat, dünya tarixi və coğrafiya artıq məcburi fənlər kimi tədris olunmaya bilər.

Bildirilir ki, bu fənlərin ləğvi orta məktəbin üç təhsil profilinə bölünməsi ilə (dil, ictimai-humanitar elmlər və fizika-riyaziyyat) bağlıdır. Ukrayna dili və ədəbiyyatı, riyaziyyat, bədən tərbiyəsi, Ukrayna tarixi və “Ukraynanın müdafiəsi” məcburi olaraq qalacaq.

Dəyişikliklər 2027-ci ildə qüvvəyə minəcək.

Xəbər lenti