Logo

Qarabağ RTİ kütləvi ixtisar iddialarına aydınlıq gətirib

14.01.2025 12:37 51 baxış
IMG

Mediada Qarabağ Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə  TƏHSİL.BİZ -ə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildiririk ki, 2025-ci ildən etibarən regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.

Bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.

Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib.

Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilməkdədir.

Xəbər lenti