Yüksək hərarət, öskürək, boğaz və baş ağrısı...
Tehsil.biz xəbər verir ki, son zamanlar müxtəlif virusların yayılması daha çox müşahidə edilir.
Xüsusilə məktəblilərdə bu hallara daha sıx rastlanır.
Bəzi valideynlər deyir ki, virusa yoluxan övladlarını belə məqamlarda məktəbə göndərmirlər.
Valideynlər deyir ki, bəzən şagirdlər virusa yoluxduğu zaman dərslərdə iştirak edirlər, bu da digər şagirdlərin sağlamlığına mənfi təsir göstərir..
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Tehsil.biz-ə bildirildi ki, ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.